Lazer epilyasiyasından sonra nələrə diqqət etməliyik? - saloon.az

Günümüzdə əksər insanlar, xüsusilə də, qadınlar bədənlərində olan arzuolunmaz tüklərdən qurtulmaq üçün lazer epilyasiya seanslarına üz tuturlar. Lazer işığı tibbdə artıq 50 ildən çoxdur ki, müxtəlif sahələrdə istifadə edilməkdədir. Lazer epilyasiya isə bədəndəki istənilməyən tüklərin lazer enerjisi vasitəsilə uzun müddətli yox edilməsidir. Kiçik tibbi əməliyyat hesab olunan və 1960-cı ildən etibarən təcrübədə istifadə edilən bu üsul 1990-cı illərdən başlayaraq inkişaf etdirilmiş və dermatoloji təhlükəsizlik baxımından daha geniş formada istifadə edilməyə başlamışdır.

 

Bu gün artıq istənilməyən tüklərdən qurtulmaq üçün istifadə olunan ülgüc, ip və ya xüsusi şamlar kifayət qədər effektiv üsul sayılmır. Odur ki, tüklərdən qalıcı şəkildə azad olmaq üçün insanların seçimi lazer epilyasiya prosedurlarııdır. Bəs prosedurdan sonra hansı nüanslara diqqət etməliyik, bunları bilirikmi?

 

İlk olaraq, nəzərinizə çatdıraq ki, prosedurdan sonra 24 saat ərzində lazer epilyasiya tətbiq edilən nahiyəni qaşımaq, nahiyəyə ətir vurmaq və çox isti sudan istifadə etmək məsləhət görülmür. Əgər lazer epilyasiyasından sonra narahatlıq hiss edirsinizsə, həmin nahiyəni 15-20 dəqiqə aralıqlarla soyutmaq dərinizi rahatlaşdıracaq, qızartı və şişkinliyi azaldaraq aradan qaldıracaq. Prosedurdan sonra dərini xüsusi nəmləndiri kremlərdən istifadə edərək nəmləndirmək dərinizi yenidən bərpa edəcək.

Eyni zamanda, pilinq və təmizləyici məhsullardan təxminən 1 həftə ərzində uzaq durmağınız yaxşı olar. Əgər istifadə edilsə, nahiyə ətrafında istənilməyən qırmızı ləkələrə şahid olacaqsınız. Əgər qırmızı ləkələr uzun müddət davam edərsə, kortikosteroidli kremlərdən istifadə edə bilərsiniz.

 

Dərisi səpkiyə meyilli olan insanlarda lazer epilyasiyasından sonra tüklərin qalın, sərt olduğu nahiyələrdə səpkilər meydana gələ bilər, buna görə heç bir narahatlığa ehtiyac yoxdur. Kökü dərin olan tüklər yandığı zaman bədən buna qarşı durmaq üçün yad cisim reaksiyası verir və bu da normal haldır.

Gözəl və baxımlı qalmaq hər kəsin haqqıdır. Odur ki, ən düzgün seçimlərinizi bizimlə edin!

Əlaqəli Bloqlar